İstanbulda Cebit Bilişim Eurasia bu gün başlayır
İnformasiya dünyasının professionalları ilə texnologiya həvəskarlarını illərdir bir araya gətirən CeBIT Bilişim Eurasia sərgisi bu gün İstanbulda qapılarını XVI dəfə açır (canlı yayın).
İlk dəfə 1992-ci ildə İnformasiya Sərgisi adı ilə açılan və 2000-ci ildən bəri CeBIT qurumu olaraq qapılarını informasiya dünyasının professionalları ilə texnologiya dünyasının həvəskarlarına açan CeBIT İnformasiya Eurasia, bu il 7-12 Oktyabr tarixləri arasında Tüyap Sərgi və Konqres Mərkəzində reallaşdırılır.
Avrasiya bölgəsinin ən böyük Beynəlxalq İnformasiya Texnologiyaları sərgisi olan CeBIT Eurasia 2008, bu il Türk Telekomun sponsorluğu ilə gerçəkləşdirilir.
Cəmi 60,000 m2 bağlı sahədə reallaşdırılacaq sərgi, 7-12 Oktyabr tarixlərində 11.00 və 19.00 saatları arasında ziyarət edilə biləcək.Sərgi dörd əsas bölməyə ayrılacaq: Business World («Bzines dünyası»), Digital Life («Rəqəmsal həyat») və Telecommunications («Telekommunikasiya») və yeni Home Electronics (“Ev elektronikası”). Bundan əlavə, sərgidə icitmai sektor, iş və karyera, innovasiyalar, proqram təminatı, mobil biznes-həllər və e-səhiyyəyə dair tematik hissələr olacaq.
Onu da qeyd edim ki, türkdilli dövlətlərdə CeBIT Avrasiya Bilişim sərgisi haqqında mətbuatla planlaşdırılan görüşlərin birincisi 25 iyunda Azərbaycanda keçirilmişdir. Konfransda sərginin təşkilatçı direktoru, «Hifas Hannover Fairs-Interpro İnternational Fairs İnc.»in baş direktor müavini iştirak etmişdir KonfransdaHakan Çələbi iştirak etmişdir. Çələbi çıxışında bildirmişdir ki, hazırda «CeBIT Bilisim Eurasia» informasiya və kommunikasiya texnologiyaları nailiyyətlərinin böyüklüyünə görə dünyada altıncı sərgidir.
2007-ci ildə «CeBIT Bilisim Eurasia»da 908 eksponat və təqribən 100 min ziyarətçi iştirak edib.
Bu il sərgidə 150 ziyarətçinin iştirak edəcəyi və dünyanın 70 ölkəsindən 1 min eksponatın nümayiş olunacağı gözlənilir.
CeBIT Bilisim Eurasia Türkiyə, Cənub-Qərbi Asiya və Qara dəniz regionu ölkələri üzrə dünyada informasiya və kommunikasiya texnologiyalarının iri sərgilərindən biridir.
Sərgini canlı olaraq izləmək istəyirsinizsə Buraya tıklayın


İnformasiya dünyasının professionalları ilə texnologiya həvəskarlarını illərdir bir araya gətirən CeBIT Bilişim Eurasia sərgisi bu gün İstanbulda qapılarını XVI dəfə açır (canlı yayın).